Xəbər verdiyimiz kimi, Tehranda İran Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçirilən Aşıq Qərib Beynəlxalq aşıq festivalında ölkəmizi Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Abşeron rayonu Xırdalan şəhər 11 illik Musiqi məktəbinin saz ixtisası üzrə müəllimi Elxan Cəlilov təmsil edib.
   Türkiyə və Gürcüstandan da saz ustadlarının dəvət aldıqları festivala aşıqların fərdi çıxışlarından sonra bütün iştirakçıların birgə ifası ilə yekun vurulub. 
   Bağlanış mərasimində çıxış edən İran Aşıqlar Birliyinin sədri Səlcuq Şahbazi festivalın keçirilməsində əməyi olan hər kəsə təşəkkür edib.
   Sonda bütün iştirakçılara xatirə hədiyyələri təqdim olunub.