Gələn il martın 15-dən aprelin 5-dək Türkiyənin Van şəhərində yerli Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə şopinq festivalı keçiriləcək.
   Van Ticarət və Sənaye Palatasının rəhbəri Necdet Takva ticarət festivalını tanıtmaq üçün Azərbaycana səfər edəcəklərini deyib.
   N.Takva qeyd edib ki, səfər çərçivəsində Türkiyənin ölkəmizdəki səfirliyini və Azərbaycan Ticarət və Sənaye Palatasını ziyarət edəcəklər: “Əsas məqsədimiz Azərbaycan tərəfini “Van Shopping Fest"ə dəvət etməkdir. İran ilə ilk dəfə 2014-cü ildə bu şəkildə əməkdaşlığa başlamışdıq. Budəfəki səfərimiz isə Azərbaycana olacaq”.