Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Bolqarıstan Yazıçılar Birliyinin birgə ərsəyə gətirdiyi “Müasir Azərbaycan ədəbiyyatı” kitabı Bolqarıstanda işıq üzü görüb.
   Tərcümə Mərkəzindən bildirilib ki, müasir Azərbaycan ədəbiyyatının Yusif Səmədoğlu, Fərman Kərimzadə, Anar, Elçin, Əli Kərim, Məmməd Araz, Musa Yaqub, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə, Sabir Rüstəmxanlı kimi ədəbi simalarının şeir və hekayələri toplanmış kitabı bolqar dilinə Boyan Angelov, Nadya Popova, İvan Yesenski, Dmitri Xristov və İva Nikolova çevirib.