“Google” şirkəti 2017-ci ilin internetdə ən populyar axtarış mövzularını açıqlayıb.
   Siyahıda aktyorların arasında birinci yerdə Meqan Markl - “Fors-major” serialının ulduzu və Britaniya şahzadəsi Harrinin nişanlısı yer alıb. 
   İkinci pillədə amerikalı aktyor Kevin Speysi, üçüncü yerdə “Möcüzə - qadın” filmində baş rolu oynayan Qal Qadot, üçüncü sırada isə komik Lui Si Key qərarlaşıb. Beşliyi “O” qorxu filmində rolu sayəsində məşhurluq qazanan Bill Skarsqard qapayır.
   Müğənni Ariana Qrande “Google”da musiqi reytinqinin lideri olub. Xatırladaq ki, onun “Mançester Arena”dakı konserti zamanı terror aktı baş vermişdi. İkinci yerdə bu il öz vokalisti Cester Benninqtonu itirmiş “Linkin Park” qrupudur.
   Sonrakı pillələrdə Ledi Qaqa, Meray Keri və Ed Şiran yer alıblar.

   İlona