Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Biləsuvar rayonundakı Heydər Əliyev Mərkəzində Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
   Regional idarənin rəis müavini Rəfiqə Cəfərova tədbiri açaraq şairin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verib. Mədəniyyət işçiləri tərəfindən şairin şeirlərindən parçalar oxunub, musiqilər səsləndirilib və Səməd Vurğunun “Vaqif” pyesindən bir səhnə nümayiş olunub.