“Forbes” jurnalı 2017-ci ildə ən çox qazandıran (filmlərinin prokatı sayəsində) və buna müvafiq olaraq özləri də qazanc əldə edən aktyorların siyahısını elan edib. 
   Birinci pillədə aktyor Vin Dizel yer alıb. Aktyorun filmləri dünya prokatında 1,6 milyard dollar gəlir gətirib. Bilet satışlarının böyük hissəsi «Forsaj 8» filminin payına düşür. Həmçinin «Üç X: Dünya hakimiyyəti» filmi də böyük uğur qazanıb.
   İkinci yerdə «Forsaj 8» filmində çəkilən Dueyn Conson (1,5 milyard dollar) qərarlaşıb. 
   Üçüncü yerdə «Möcüzə-qadın» filmində baş rolu ifa edən Qal Qadot (1,4 milyard dollar) yer alıb. Dördüncü və beşinci pillələrdə Emma Uotson (1,3 milyard dollar) və Conni Depp (1,1 milyard dollar) qərarlaşıb.
   Altıncı və onuncu yerdə müvafiq olaraq «Ulduzların savaşı: Epizod 8» filmində çəkilən Ceyzi Ridli (1,08 milyard dollar) və Con Boyeqa (815 milyon dollar) qərarlaşıb.
   Həmçinin ilk onluğa Tom Xolland (888 milyon dollar), Kris Pratt (864 milyon dollar) və Kris Xemsvort (845 milyon dollar) daxil olublar.
   
   İlona