Fransanın “Grands reportages” jurnalında və “La Croix” qəzetində Azərbaycanın turistik imkanları ilə bağlı məqalələr dərc olunub.
   Məqalələrdə paytaxt Bakının tarixi və mədəni irs abidələrindən, palçıq vulkanından söz açılır. Həmçinin Quba rayonu, Bazardüzü yüksəkliyi, Qırız və Xınalıq kəndləri, Ləzə istirahət zonası ilə bağlı ətraflı məlumat verilir. Yazılarda ölkəmizdəki kilsələr, xüsusilə də Alban kilsəsi haqqında bəhs edilir.