Bakı Dövlət Universitetinin (BDU) Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Səbirə Nemətzadənin “Seyid İmadəddin Nəsimi irsinin tədqiqi məsələləri” monoqrafiyası Azərbaycan və ingilis dillərində çapdan çıxıb.
   BDU-dan bildiriblər ki, monoqrafiyada böyük şair, mütəfəkkir İmadəddin Nəsiminin (1369-1417) həyatı və irsi ilə bağlı Orta əsrlər mənbələri və müasir elmi tədqiqatlar sistemləşdirilərək araşdırılıb.