Yanvarın 25-də “Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə “Art Tover” qalereyasında ilin ilk rəsm sərgisi açılacaq. “Start” layihəsi çərçivəsində təşkil olunacaq sərgi Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Gənclər Şəbəkəsinin dəstəyi ilə gerçəkləşəcək. 
   Gənc və həvəskar rəssamların inkişafı üçün nəzərdə tutulan qrup sərgisinin kuratoru Natalya Yarkovayadır. Sərgidə fırça ustalarının fərqli üslubda və texnikada işlənən sənət əsərləri- rəngkarlıq, qobelen və heykəltəraşlıq nümunələri nümayiş ediləcək. 
   İki gün davam edəcək sərginin təşkilində məqsəd gənc nəslin incəsənətə olan marağını artırmaq və gənc rəssamları tanıtmaqdır.
   
   Lalə