Dünyaca məşhur azərbaycanlı pianoçu Adilə Əliyeva yanvarın 12-də Cenevrədə Atene sarayının “Salle des Abeilles” zalında keçiriləcək konsertdə iştirak edəcək.
   Adilə Əliyeva səhnəni skripkaçı Vojkan Lazareviçlə bölüşəcək. Konsertin proqramına C.Tartini, V.Motsart, İ.Brams və S.Prokofyevin əsərləri daxildir.