Yanvarın 16-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Nizami Kino Mərkəzində “Geyilməmiş ayaqqabılar” filminin təqdimat mərasimi keçiriləcək. Film geniş tamaşaçı auditoriyasına ilk dəfə təqdim edilir. 
   Qeyd edək ki, filmin ilk nümayişi 2017-ci il martın 15-də baş tutub. Gənc aktyor Rza Rzayevin ilk rejissor və ssenari işi olan “Geyilməmiş ayaqqabılar” filmi Qarabağ müharibəsindən bəhs edir. Filmdə yurd-yuvasından didərgin düşən və tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlərin yaşamı təsvir olunur.
   Filmdə əməkdar artistlər Gülzar Qurbanova, Bəhruz Vaqifoğlu və aktyor Dəniz Həsənov rol alıb. 
   
   Lalə