Yanvarın 13-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda ölkəmizdə yaşayan rus fırça ustalarının əsərlərindən ibarət sərgi açılacaq.
   Rəssamlar İttifaqından bildirilib ki, Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq sərgidə müxtəlif mövzulu əsərlər nümayiş olunacaq. Sərgi üç gün davam edəcək.