Yanvarın 27-də Beynəlxalq Muğam Mərkəzində və yanvarın 28-də “The Landmark” hotel və biznes mərkəzində məşhur isveçrəli bugi-vugi və blüz ifaçısı Silvan Zinggin təqdimatında konsert keçiriləcək.
   Silvan Zingg bugi-vugi və blüz janrında ifa edən istedadlı pianoçudur. O, Chuck Berry, Ray Charles, Sammy Price və bir çox digər məşhurlarla eyni səhnədə çıxış edib. 
   Onun ən məşhur hiti olan “Dancing The Boogie” musiqisi “Youtube”da 8,1 milyon dəfə izlənilib. Pianoçu 2002-ci ildə İsveçrədə Luqano Beynəlxalq bugi-vugi festivalını təsis edib.
   Silvan Zinggin Bakı konsertləri İsveçrənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşacaq.