Yanvarın 17-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında tanınmış violin ifaçısı, Əməkdar artist Tahir Atakişiyevin xatirəsi yad olunacaq.
   Gecədə musiqiçinin pedaqoji fəaliyyətindən, milli musiqimizin inkişafında xidmətlərindən danışılacaq, əsərləri səsləndiriləcək. Konsertdə Xalq artisti Teymur Göyçayevin bədii rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək.
   Tahir Atakişiyev pedaqoji fəaliyyəti dövründə skripka və fortepiano, eləcə də müxtəlif musiqi ansamblları üçün çox sayda transkripsiya yazıb. “Skripkada çalmağı ilkin öyrənmək üçün vəsait” adlı elmi-metodik işin müəllifidir.