Fevralın 6-da Heydər Əliyev Sarayında 2005-2017-ci illər Muğam televiziya müsabiqəsi qaliblərinin və laureatlarının konserti keçiriləcək.
   Konsertdə xanəndələr Təyyar Bayramov, İlkin Əhmədov, Babək Niftəliyev, Ehtiram Hüseynov, Abgül Mirzəliyev, Rəvanə Qurbanova, Səbinə Ərəbli, Mirələm Mirələmov, Nigar Şabanova, Məmməd Nəcəfov, Kamilə Nəbiyeva, Sərxan Bünyadzadə, Xətai Hacıyev, Zümrüd Məmmədova, Ramiq Bayramov, Gülnar Qüdrətli, Babək Quliyev, Nisbət Sədrayeva, Məhəbbət Səfərov, Sədəf Budaqova, Almaxanım Əhmədli, Pərviz Qasımov, Rəvanə Əmiraslanlı, Səma Sultanova, Valid Abdullayev və Nurlan Namazov iştirak edəcəklər. 
   Xanəndələri Əməkdar artist Sahib Paşazadənin rəhbərliyi ilə “Muğam” instrumental ansamblı müşayiət edəcək.