Fevralın 15-16-da Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək. Bu barədə teatrın saytında məlumat verilib.
   Bəstəkarın türk şairi Nazim Hikmətin eyniadlı pyesinin motivləri əsasında yazdığı üçpərdəli “Məhəbbət əfsanəsi” baletinin premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrı) reallaşıb. Səhnə əsərinin musiqisi, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar nümunələrindən birinə çevirib.