Yanvarın 14-də Moskvada Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Larisa Rubalskayanın yaradıcılıq gecəsi keçiriləcək. Tədbirdə həmvətənimiz Emil Qədirov da çıxış edəcək.
   Moskvanın konsert salonlarında uğurla çıxış etmiş, Rusiyanın “Qolos” telelayihəsinin iştirakçısı olan E.Qədirov hazırda “Qradski Holl” teatrının solistidir. Onun repertuarına dünya klassik operasından ariyalar, müxtəlif ölkələrin bəstəkarlarının romansları və estrada mahnıları daxildir.