Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Cəlilabad rayon Mədəniyyət evi və rayonun Qarakazımlı kənd Mədəniyyət evinin əməkdaşları N saylı hərbi hissədə olublar. Cəlilabad rayon Mədəniyyət evinin özfəaliyyət kollektivinin ifasında konsert proqramı təşkil olunub. Xalq və bəstəkar mahnıları əsgər və zabitlər tərəfindən maraqla qarşılanıb. Sonda əsgərlərə bayram sovqatları paylanılıb.