Yanvarın 11-də 16/15 nömrəli Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkəti yenidən bərpa ediləcək. “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, qatar həftənin IV günləri Bakı vaxtı ilə saat 7:00-da yola düşəcək. Məşhəd stansiyasına həftənin V günləri İran vaxtı ilə saat 14:25-də çatıb və həmin gün saat 22:00-da geriyə yola düşəcək. 
   Qeyd edək ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı 2016-cı il dekabrın 29-da hərəkətə başlamış, texniki səbəblərdən qatarın fəaliyyəti müvəqqəti dayandırılmışdı. Marşrutun bərpası iki ölkə arasında turizm əlaqələrinin inkişafına da zəmin olacaq.