İtaliyanın “RAİ III” telekanalı keçirdiyi sorğu əsasında 2018-ci ildə səyahət üçün ən yaxşı istiqamətləri açıqlayıb. Sorğunun “Tarix” nominasiyasında Türkmənistan lider olub. Bu barədə Türkmənistanın Azərbaycandakı səfirliyindən məlumat veriblər.
   Qeyd olunur ki, dünyanın müxtəlif ölkələrində olan televiziya tamaşaçılarının və turistlərin rəyi telekanalın ən populyar istiqamətlərdə hazırladığı turizm və səyahətlər barədə çoxsaylı televiziya verilişlərindən sonra öyrənilib. Tarixlə maraqlanan səyahətçilər üçün Türkmənistanda çoxlu yerlər mövcuddur. Bu sırada qədim Altın-Depe şəhərinin adını çəkmək olar. Qədim şəhərin yaşı tarixçilər tərəfindən Tunc dövrünə (e.ə. 2300-1900-cü illər) aid edilir. Burada turistlər qədim xalqların Proto-Elam və Proto-Şumer “yazıları”nı xatırladan piktoqram ilə tanış ola bilərlər. 
   Qeyd edək ki, 2017-ci il dekabrın 1-də Türkmənistanda “Böyük İpək Yolu” boyunca tarixi-mədəni irsin öyrənilməsi və populyarlaşdırılmasına dair dövlət proqramı qəbul edilib.