Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Qəbələ - sağlam mühit” İctimai Birliyi “Şəki-Zaqatala regionu üzrə ekoturizmin inkişafı məsələləri” adlı layihə çərçivəsində Balakən rayonunda təlim təşkil edib.
   Layihənin rəhbəri Seymur Əzəmmədov mövzu ilə bağlı təlim iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, ekoturizm iqtisadi inkişafın təmin olunmasında mühüm rol oynayır. Ekoturizmin ölkəmizin bölgələrində inkişaf etdirilməsi, buraya turist axınına nail olunması ilə iqtisadi və sosial səmərədən əlavə həmin ərazinin tanıtım və təbliğatını da həyata keçirmək mümkündür.
   Tədbirdə rayon İcra Hakimiyyəti şöbə müdirinin müavini Fariz Nəcəfov, mədəniyyət və turizm işçiləri iştirak edib. Təlim iştirakçılarına layihə çərçivəsində nəşr edilmiş bukletlər, kitabçalar və üzərində Mədəniyyət və Turizm Nazirliyi və ictimai birliyin loqoları əks olunmuş köynəklər paylanılıb.