Rejissor Şamil Əliyevin “Çölçü” filmi “Gold Movie Awards” beynəlxalq festivalının “Goddess Nike” mükafatının finalına vəsiqə qazanıb. Təqdimetmə mərasimi yanvarın 11-də Londonda keçiriləcək.
   2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş ekran əsəri indiyədək müxtəlif ölkələrdə 30-dan çox festivalda iştirak edib, bir sıra mükafatlara layiq görülüb. 
   “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.