Cazmen, Əməkdar artist İsfar Sarabski yanvarın 13-də Parisdə konsert proqramı ilə çıxış edəcək. Konsert Azərbaycanın Fransadakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə təşkilatçılığı ilə reallaşacaq.
   İsfar Sarabski 2009-cu ildə İsveçrədə “Montreux Jazz Festival” beynəlxalq musiqi festivalında qalib gəlib. O, caz, klassik və Azərbaycan milli musiqisinin ritmlərini birləşdirərək öz kompozisiyasını yazır. Londonun, Berlinin, Parisin bir çox məşhur caz klublarında konsertlər verib, habelə tanınmış cazmenlərlə eyni səhnəni bölüşüb.