AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, dosent Əzizağa Nəcəfov, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova və aparıcı elmi işçi Aynur Nəcəfova “Azərbaycanın görkəmli şəxsiyyətlərinin imzaları və epistolyar irs” elmi tədqiqat layihəsi çərçivəsində İstanbul şəhərində ezamiyyətdə olublar.
   Ezamiyyət müddətində alimlər İstanbul Universitetinin Mərkəzi Kitabxanasında, Nadir Əsərlər Kitabxanasında, həmçinin Əhməd Hamdi Tanpınar Ədəbiyyat Muzeyi Kitabxanasında azərbaycanlı müəlliflərin əlyazmaları ilə bağlı tədqiqat aparıb, görkəmli türk şairi Nazim Hikmətin bəzi şeirlərinin, anasına yazdığı məktubların əlyazmalarının surətini əldə ediblər.