“Xatirə ədəbiyyatı” seriyasından yazıçı, publisist və naşir Mustafa Çəmənlinin xatirələrindən ibarət “Ürəyimdən kimlər keçdi” kitabı çap olunub.
   “XAN” nəşriyyatından verilən məlumata görə, kitabda M.Çəmənlinin “Nəşriyyatlarda keçən ömrüm” və “Ürəyimdən kimlər keçdi” adlı xatirələri toplanıb. Yazıçı nəşriyyatda işlədiyi vaxtlarda müxtəlif sənət adamları ilə görüşlərini, xatirələrini qələmə alıb.