“YARAT” Müasir İncəsənət Mərkəzi 2018-ci ili rejissor Elvin Mirzəyevin “Axına qarşı” adlı yeni eksperimental tamaşası ilə açıq elan edəcək. Yanvarın 12-də nümayiş olunacaq tamaşa 5 klassik əsər əsasında hazırlanıb.
   İnsan üçün “korluq” nədir? İnsanı öz “korluğunu” qəbul etməyə nə vadar edir? Bəzən insan görməyə çalışsa da, görə bilmir. Bəzən insana görmək nəsib olmur və başqalarının bu qabiliyyətinə dözə bilmir. Bəzən insan görür, ancaq gördüyünü gizlətmək məcburiyyətində qalır. Bütün bu suallara sözügedən tamaşada cavab tapmaq mümkün olacaq.