Ukraynanın paytaxtı Kiyev şəhəri 2018-ci ildə turistlərin səfəri üçün iqtisadi cəhətdən daha sərfəli şəhər hesab edilib. Bu barədə Böyük Britaniyanın “Hoppa” turist şirkəti “2018-ci ildə səyahət üçün 100 yer: ən bahalıdan ən ucuza qədər” adlı hesabatında qeyd olunub.
   Hesabatda vurğulanır ki, 2018-ci ildə Kiyevdə bir gün qalmaqla üç dəfə yemək, müxtəlif içki və ekskursiya adambaşına orta hesabla 65 funt-sterlinqə (təxminən 2500 qrivna) başa gələcək.
   Şirkətin reytinqinə görə, turistlərin səfərləri üçün ən bahalı şəhər ABŞ-ın Nyu-York şəhəri hesab edilib. Bu şəhərdə bir turistin gündəlik orta xərci 346 funt-sterlinqdir.