Salyan rayonunda Əməkdar incəsənət xadimi, şair, dramaturq Əliağa Kürçaylının (1928-1980) 90 illiyi münasibətilə mədəniyyət müəssisələrinin baxış-müsabiqəsi keçirilir. 
   Növbəti mərhələdə 12 kənd mədəniyyət müəssisəsinin bədii özfəaliyyət dərnəkləri üzvlərindən 100-dək həvəskar rayonun Çuxanlı kənd Folklor klubunda öz istedadlarını nümayiş etdiriblər. Münsiflər heyəti onlardan 24 nəfərin yekun turda iştirakını müəyyənləşdirib. Mədəniyyət müəssisələrinin baxış-müsabiqəsi davam edir.