AMEA Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyası yeni materiallarla zənginləşib. Muzeyin eksponatları sırasına XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid olan qızıl işləməli asma “Quran qabı” və qızıl zəncir boyunbağı daxil olub. Qeyd edək ki, “Quran qabı” Bakı şəhər sakininə məxsus olub, çəkisi 58,85 qramdır, qızıl zəncir boyunbağının çəkisi isə 42 qramdır. 
   Məmulatlar muzeyin xüsusi fonduna təhvil verilib. Qiymətli eksponatlar ölkəmizdə XIX əsrin sonu - XX əsrin əvvəllərində zərgərliyin yüksək səviyyədə inkişaf etməsinin nümunəsi olmaqla yanaşı, Azərbaycanın o dövr etnoqrafiyasının tədqiqi sahəsində də əhəmiyyətə malikdir.

   Lalə