Britaniyanın Kino və Televiziya Sənəti Akademiyası (The British Academy of Film and Television Arts - BAFTA) builki mükafatlara nominantların siyahısını açıqlayıb. Mükafatın təqdimat mərasimi 18 fevralda Londonda keçiriləcək. Mərasimin aparıcısı britaniyalı aktrisa və model Djoanna Lamli olacaq.
   Qilmero Del Toronun “Suyun şəkli” melodramı BAFTA mükafatında iddialı olanlar arasında nominasiyaların sayına görə liderdir. Film "Ən yaxşı film", “Ən yaxşı rejissor", "Ən yaxşı aktrisa", "İkinci planda ən yaxşı aktrisa" nominasiyaları daxil olmaqla, ümumilikdə 12 mükafata iddialıdır. 
   Bu günlərdə "Qızıl qlobus" mükafatının triumfatoru olan Martin Makdonaxın "Ebbinq, Missura sərhədində 3 bilbord" filmi 9 nominasiya ("Ən yaxşı film", "Ən yaxşı rejissor", "Ən yaxşı aktrisa" və s.) üzrə mübarizə aparacaq.
   "Qaranlıq zamanlar" filmi də 9 mükafata iddialıdır. Filmdə Uinston Çörçill rolunda çəkilən Qeri Oldmen "Ən yaxşı aktyor" nominasiyasında BAFTA-ya əsas namizədlərdən sayılır.
   "Ülgüc üzərində qaçanlar 2049" və "Dunkerk" filmləri 8 nominasiya üzrə mükafat uğrunda mübarizəyə qoşulacaqlar. 
   Rusiyalı rejissor Andrey Zvyagintsevin "Sevgisiz" filmi BAFTA mükafatının "Ən yaxşı xarici film" nominasiyasına iddialıdır. Nominasiyada mübarizəyə "O" (Pol Verxoven), "Əvvəlcə mənim atamı öldürüblər" (Ancelina Coli), "Qulluqçu" (Pan Çxan Uka) və "Satıcı" (Əsgər Fərhadi) filmləri də qatılıblar.
   
   İlona