Martın 1-dən 4-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Cüzeppe Verdinin “Don Karlos” operası nümayiş etdiriləcək.
   Teatrın saytında yer alan xəbərə görə, səhnə əsərində Don Karlos obrazını martın 2-də və 4-də Azərbaycanın Əməkdar artisti Yusif Eyvazov (tenor) canlandıracaq. Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera müğənniləri müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb. O, həmçinin 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub.