Yanvarın 12-də Quba rayon Uşaq incəsənət məktəbində Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi kollecinin müəllimləri İradə Rəfizadə, Rəna Kamilova və tələbələrin iştirakı ilə konsert keçirilib. Konsertdən əvvəl məktəbin direktoru Mirkazım Cəfərov çıxış edərək qonaqları salamlayıb.
   Sonra kollec tələbələrinin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Kollecin müəllimi Rəna Kamilova dəvətə görə məktəbin müəllim və şagird heyətinə təşəkkürünü bildirib.