Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Bərdə rayon Mədəniyyət mərkəzi gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimində maraqlı və rəngarəng konsert proqramı təqdim edib.
   Çağırışçılarla yanaşı onların yaxınlarının, doğmalarının da iştirak etdiyi tədbirdə “Qarabağ” xalq çalğı alətləri ansamblının solistləri vətənpərvərlik ruhlu, qələbə əzmli nəğmələrlə tədbirə rəng qatıblar.
   Qeyd edək ki, gənclərin hərbi xidmətə yola salınması ilə bağlı bu qəbil tədbirlər regional idarənin əhatə etdiyi Mingəçevir, Yevlax şəhər və Tərtər rayonunda da təşkil edilib.