Azərbaycanın tanınmış bəstəkarı, Xalq artisti Elza İbrahimovanın 80 illiyi ilə bağlı ölkə başçısının sərəncamına uyğun olaraq yerlərdəki mədəniyyət ocaqlarında da tədbirlər təşkil edilir.
   Qusar rayon Uşaq incəsənət məktəbinin konsert zalında unudulmaz bəstəkarın əsərlərindən ibarət konsert keçirilib. Əvvəlcə məktəbin müəllimi Arzu Hacıyeva bəstəkarın həyat və yaradıcılığı haqqında danışıb. 
   Sonra məktəbin müəllimlərindən ibarət ansamblı, şagirdlər Elza İbrahimovanın “Gedək üzü küləyə”, “Gecələr bulaq başı”, “Qurban verərdim”, “Gəl barışaq” və başqa mahnılarını səsləndiriblər.