Dövlət Gənc Tamaşaçılar Teatrında E.Uspenskinin “Çeburaşka” əsəri əsasında eyniadlı tamaşanın hazırlanmasına başlanılıb.
   Kiçikyaşlı məktəblilər üçün nəzərdə tutulmuş tamaşanın quruluşçu rejissoru Ayla Həşimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Ramiq Nəsirov, rəqslər və səhnə hərəkəti üzrə baletmeyster Ceyhun Dadaşovdur.
   Rolları Əməkdar artist Almaz Mustafayeva, aktyorlar Səbinə Məmmədova, Xəyalə Meydanova, Müşfiq Əliyev, Yasəmən Məmmədova, Zülfiyyə Alhüseynova, Anar Səfiyev, Zümrüd Quliyeva, Asya Atakişiyeva və başqaları oynayacaq.
   Tamaşanın premyerası Novruz bayramı ərəfəsində olacaq.