Füzuli Dövlət Dram Teatrı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar "Şəhidlər ölməz” adlı səhnə əsərini Ağcabədi, Beyləqan və Füzuli rayonlarındakı hərbi hissələrin şəxsi heyəti qarşısında nümayiş etdirir.
   Poetik xalq faciəsi adlandırılan bədii kompozisiyanın ssenari müəllifi teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev, quruluşçu rejissoru Asif Şirinov, musiqi tərtibatçısı Nizami Süleymanzadə, quruluşçu rəssamı isə Ellinaz Balaşovadır.
   Vətənpərvərlik ruhlu tamaşa maraqla qarşılanıb. Teatr kollektivinə hərbi hissələrin rəhbərliyi tərəfindən fəxri fərmanlar təqdim olunub.