Quba rayon MKS-nin Mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsi Xalq artisti, bəstəkar Elza İbrahimovanın 80 illiyi ilə əlaqədar “Təkrarsız mahnıların əbədiyaşar müəllifi” adlı tədbir keçirib.
   MKS-nin direktor müavini Hüriyyə Sultanova bəstəkarın həyat və yaradıcılıq fəaliyyətindən danışıb, bildirib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq il ərzində Elza İbrahimovanın 80 illik yubileyi çərçivəsində mədəniyyət müəssisələrində müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. 
   Uşaq musiqi məktəbinin müəllimi Hicran Əliyeva, Mərkəzi kitabxananın əməkdaşı bəstəkarın yaradıcılığı barədə danışıblar.
   Sonda Elza İbrahimovanın həyat və yaradıcılığına həsr olunmuş video-slayd nümayiş etdirilib.