Azərbaycan Türkiyə vətəndaşlarının ən çox səfər etdiyi 10 ölkə arasındadır.
   Türkiyə Səyahət Agentlikləri Birliyinin (TURSAB) məlumatına görə, ötən il bu ölkədən Azərbaycana 212 min nəfər gəlib.
   2016-cı ildə ümumilikdə 8 milyon 62 min türk xarici ölkəyə səfər edib. Azərbaycana səfərlərin bir qismi iş, təhsil və qohum ziyarəti olsa da, tətil məqsədli səfərlər də mühüm yer tutur. Ziyarətçilər paytaxt Bakıdan başqa, Mingəçevir, Gəncə kimi böyük şəhərlərə də üz tuturlar.
   Gürcüstan, Yunanıstan, Bolqarıstan, Almaniya, ABŞ, İran, İtaliya, Fransa, MDB ölkələri türkiyəli turistlərin ən çox səfər edilən ölkələr sırasındadır.