Tanınmış yazıçı-jurnalist Nahid Hacızadə uzun sürən xəstəlikdən sonra 2018-ci il yanvarın 18-də dünyasını dəyişib.
   Nahid Hacızadə 1936-cı il martın 14-də Gədəbəyin Düzrəsullu kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.
   Uzun illər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb, komitənin sədr müavini olub. 
   Ədəbiyyata 1969-cu ildə "Ulduz" jurnalında çap edilən "Lirik miniatürlər"lə gəlib. İlk kitabı 1972-ci ildə çap edilib. "Ömrün sorağında", "Ömür gözləyir bizi", "Məhəbbət yaşadır", "Köçündən ayrılan durna" pyesləri teatrlarda tamaşaya qoyulub. Nahid Hacızadənin ssenariləri əsasında 30-a yaxın sənədli və bədii televiziya filmi çəkilib. 
   Allah rəhmət eləsin.