Yanvarın 17-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Akademik Məmməd Cəfər Cəfərov: böyük ömrün anları və addımlar” mövzusunda tədbir keçirilib.
   AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan estetik fikir və ədəbi tənqidinin görkəmli nümayəndəsinin elmi fəaliyyətindən söz açıb. Bildirilib ki, akademik Məmməd Cəfər Cəfərovun (1909-1992) elmi fəaliyyətinin 40 illik bir dövrü AMEA ilə bağlı olub. O, Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin yaradıcısı və 20 ilə yaxın müdiri olub. Ömrünün 60 ilini ölkəmizdə ədəbi-nəzəri fikrin inkişafına həsr edən alim XIX əsr rus ədəbiyyatının Azərbaycan oxucusuna çatdırılmasında da əvəzsiz xidmətlər göstərib.
   Digər çıxış edənlər alimin zəngin yaradıcılığından söz açıblar.