Tbilisi şəhərinin yenidən qurulması və bərpası layihəsi hazırlanıb ictimaiyyətə təqdim olunub. Şəhərin meri Kaxa Kaladze bildirib ki, plana əsasən paytaxtın yolları genişləndiriləcək, lakin bu zaman köhnə binaların, mədəni abidələrin tarixi əhəmiyyəti qorunub saxlanılacaq.
   Tbilisidə görkəmli azərbaycanlıların adlarını daşıyan küçələr də var. Layihədə həmin küçələrin abadlaşdırılması, adları bildirən lövhələrin, bir sıra barelyeflərin yenilənməsi məsələləri əksini tapıb.
   Mer bəzi küçə adlarının dəyişdirilməsi məsələsinə də aydınlıq gətirib: “Layihədə bəzi küçələrin adlarının dəyişdirilməsi və ya yeni adların verilməsi məsələləri də var. Amma azərbaycanlıların adlarını daşıyan küçələrin adlarının dəyişdirilməsi nəzərdə tutulmayıb”. O, həmçinin paytaxtdakı “Bakı” küçəsinin təmiri və abadlaşdırılması məsələsinin də layihədə əksini tapdığını vurğulayıb.
   Qeyd edək ki, Tbilisidə Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, İbrahim İsfahanlı, Nizami Gəncəvi, Əhməd Cavad, Mirhəsən Vəzirov və digər tanınmış azərbaycanlıların adlarını daşıyan küçələr var. Tbilisiyə yaxın Poniçala (Soğanlıq) qəsəbəsində Rəşid Behbudovun adına küçə var. 
   Qeyd edək ki, azərbaycanlıların adını daşıyan küçələrin bəzilərində söküntü işləri aparılıb və yeni binalar inşa olunub. Bəzi küçələrdə lövhələr yoxdur. Tbilisi şəhərinin yenidən qurulması və bərpası layihəsi hazırlanıb ictimaiyyətə təqdim olunub. Şəhərin meri Kaxa Kaladze bildirib ki, plana əsasən paytaxtın yolları genişləndiriləcək, lakin bu zaman köhnə binaların, mədəni abidələrin tarixi əhəmiyyəti qorunub saxlanılacaq.
   
   Tbilisidə görkəmli azərbaycanlıların adlarını daşıyan küçələr də var. Layihədə həmin küçələrin abadlaşdırılması, adları bildirən lövhələrin, bir sıra barelyeflərin yenilənməsi məsələləri əksini tapıb.
   Mer bəzi küçə adlarının dəyişdirilməsi məsələsinə də aydınlıq gətirib: “Layihədə bəzi küçələrin adlarının dəyişdirilməsi və ya yeni adların verilməsi məsələləri də var. Amma azərbaycanlıların adlarını daşıyan küçələrin adlarının dəyişdirilməsi nəzərdə tutulmayıb”. O, həmçinin paytaxtdakı “Bakı” küçəsinin təmiri və abadlaşdırılması məsələsinin də layihədə əksini tapdığını vurğulayıb.
   Qeyd edək ki, Tbilisidə Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, İbrahim İsfahanlı, Nizami Gəncəvi, Əhməd Cavad, Mirhəsən Vəzirov və digər tanınmış azərbaycanlıların adlarını daşıyan küçələr var. Tbilisiyə yaxın Poniçala (Soğanlıq) qəsəbəsində Rəşid Behbudovun adına küçə var. 
   Qeyd edək ki, azərbaycanlıların adını daşıyan küçələrin bəzilərində söküntü işləri aparılıb və yeni binalar inşa olunub. Bəzi küçələrdə lövhələr yoxdur.