“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ədəbiyyat müsabiqəsi elan edib.
   İdarədən bildiriblər ki, müsabiqənin keçirilməsində məqsəd istedadlı yazarların üzə çıxarılması ilə yanaşı, həm də paytaxt həyatını əks etdirən parlaq epizod və maraqlı hekayələrdən ibarət toplu hazırlamaqdır. 
   Müəlliflər üçün janr seçimi və hadisələrin təsvir olunacağı tarixi dövr sərbəstdir. Müsabiqəyə təqdim edilən əsərdə hadisələrin İçərişəhərin dolanbac küçələrində və yaxud şəhərdən uzaq bir qəsəbədə baş verməsi mümkündür. Hekayə müəllif təxəyyülünün məhsulu da ola bilər, gerçək hadisə də. 
   Azərbaycan, ingilis və rus dillərində qəbul olunan mətnlərin həcmi 42 min işarədən və ya ümumən 2500 sözdən artıq olmamalıdır.
   Müsabiqədə I, II, III yerin sahibləri müvafiq məbləğdə mükafat alacaqlar. Qaliblərin əsərləri Bakı haqqında almanaxda dərc olunacaq.
   İştirak etmək istəyənlər hekayələrini aprelin 20-dək contest@icherisheher.gov.az elektron ünvanına göndərə bilərlər.