Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun nəşrə hazırladığı və redaktoru olduğu “Ulduz Sönməz: Mən belə yaşadım...” adlı kitab çapdan çıxıb. 
   Kitabda çağdaş Azərbaycan aşıq sənətinin tanınmış nümayəndələrindən biri, Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Ulduz Sönməzin ömür və sənət yolunun ayrı-ayrı məqamlarını əks etdirən xatirələri, son illərdə yazdığı şeirləri, tanınmış elm və sənət xadimlərinin müxtəlif vaxtlarda onunla bağlı söylədikləri fikirlər, haqqında yazılmış məqalələr toplanıb.