Şəki Dövlət Rəsm Qalereyasında 20 Yanvar faciəsinə həsr olunmuş “Tariximizin qanlı və şanlı səhifəsi” adlı sərgi təşkil edilib. Sərgidə şəkili rəssam M.Həsənovun qalereyaya hədiyyə etdiyi “Ana fəryadı” əsəri və Ə.Zəkiyevin keramika şamotdan hazırlanmış “20 Yanvar” kompozisiyası nümayiş olunub.
   Əsərdə ana Azərbaycan bayrağına bürünüb öz oğul və qızını düşmənin qərəzli hücumundan qorumağa çalışır. Rəmzi xarakter daşıyan bu əsər böyük məna kəsb edir. 
   Orta məktəb şagirdləri faciəni öz rəsmlərində əks etdiriblər. Sovet hərb maşınının dinc əhaliyə qarşı amansızlığı, şəhərin bir gecədə al-qana bürünməsini şagirdlər rəsmlərində ustalıqla təsvir ediblər.