Yanvarın 31-də “British Council Azərbaycan” təşkilatı “ASAN radio” və YARAT Müasir İncəsənət Mərkəzi ilə birlikdə Bakıda tədbirlərin təşkili mövzusunda təlim və DJ-lərin iştirakı ilə əyləncə gecəsi təşkil edəcək. 
   YARAT Müasir İncəsənət Mərkəzində fevralın 2-dək davam edəcək tədbir “Selector PRO” layihəsi çərçivəsində reallaşacaq. Təlimdə Böyük Britaniya və Azərbaycandan olan aparıcı musiqi xadimləri – nəzəriyyəçi və praktiklər bir araya gələcək. Treninqdə tədbirlərin planlaşdırılması və konsepsiyasının hazırlanması, auditoriyanın seçilməsi, marketinq, reklam və təşviqat, canlı ifaların təşkili, layihələrin idarə edilməsi, qanunvericilik və texnologiya kimi məsələlərin bütün aspektləri nəzərdən keçiriləcək.