Yanvarın 30-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan “Söz” ədəbi layihəsinin növbəti tədbiri Bakı Bələdiyyə Teatrının 25 illiyinə həsr ediləcək.
   Muzey Mərkəzində təşkil olunacaq tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı gözlənilir.
   Tədbir çərçivəsində teatrın tamaşalarından parçalar nümayiş olunacaq, şeir və mahnılar səsləndiriləcək.