Bakıdakı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində 1990-cı ilin 20 yanvar faciəsinə, tariximizin qəhrəmanlıq salnaməsinə həsr olunmuş anım tədbiri keçirilib. 
   Tədbirdə 20 Yanvar faciəsinin baş vermə səbəbləri, Bakının sovet qoşunları tərəfindən misli görünməmiş bir qəddarlıqla işğal olunması anım iştirakçılarının nəzərinə çatdırılıb, xalqımızın o gecədə göstərdiyi rəşadətdən söhbət açılıb. 
   Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni, Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüra, S.Fərəcovun “Ulduzlu gecə” əsəri, Ş.Əlizamanlının “Cənab leytenant” mahnısı səslənib, X.R.Ulutürkün “Azadlığı istəmirəm” şeiri, R.Rövşənin “Qapı” poemasından parça səslənib. 20 Yanvar hadisələrini əks etdirən videoxronika və şəkillər nümayiş olunub.