Qırğızıstanda “Dünya Aytmatovu oxuyur” adlı ədəbi aksiyaya start verilib. Aksiya “Cəmilə”, “Əlvida, Gülsarı!”, “Ağ gəmi”, “Əsrə bərabər gün” və s. kimi dünya şöhrətli əsərlərin müəllifi Çingiz Aytmatovun (1928-2008) 90 illik yubileyinə həsr edilib. 
   Onlayn fləşmobda iştirak etmək istəyənlər Aytmatovun əsərlərindən oxuduqları kiçik parçanı videoya yazaraq, çarxı müvafiq həştəqlər ilə sosial şəbəkələrdə yerləşdirməlidirlər. Videoçarxın müddəti 2 dəqiqədən çox olmamalıdır.
   “Novosti literaturı” (“Ədəbi xəbərlər”) saytı xəbər verir ki, “Dünya Aytmatovu oxuyur” aksiyasının təşəbbüskarı Qırğızıstanın Təhsil və Elm Nazirliyidir. Layihə Çingiz Aytmatov irsini təbliğ etmək, əsərlərinin mütaliəsi mədəniyyətini formalaşdırmaq məqsədi daşıyır.