“Art Villa” rəsm qalereyasının divarlarında müxtəlif rəssamların qrafiti üslubunda işlədiyi əsərlərə ictimai baxış olub.
   Layihəni həyata keçirən “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədovun sözlərinə görə, rəsm əsərləri Stefan Bust (İsveçrə), Drax (Böyük Britaniya) və Emil Məcnunov (Azərbaycan) tərəfindən divarlar üzərində çəkilib.
   Sərgi İsveçrənin Azərbaycandakı səfirliyi, “Arts Council Azerbaijan” və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.