Yanvarın 29-da Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, vokal sənətimizin görkəmli nümayəndələrindən olan Elxan Əhədzadənin (1948-2010) 70 illik yubileyinə həsr edilmiş gecə keçiriləcək.
   “Mədəniyyət” telekanalı ilə birgə təşkil olunan gecədə mərhum ifaçının həyat və yaradıcılığından, maraqlı ömür yolundan bəhs edən videomateriallar nümayiş olunacaq, tanınmış vokalçılar, incəsənət nümayəndələri çıxış edəcək.